BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik etdi

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Cənab Prezident, Əziz Qardaş.

 

Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

 

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

 

Bayramınız mübarək!"

Tarix: 1 Aprel 2025, 19:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin