BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN sərtləşdirilmiş karantin rejimi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bəzi bölmələrinin də karantin tədbirlərinə cəlb olunması ilə bağlı məlumatına münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, həmin məlumatda deyilir:

 

“Ölkəmizdə xüsusi karantin rejimi tətbiq ediləndən bu günədək, təxminən 4 aydır ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində fasiləsiz olaraq nəzarət tədbirlərini həyata keçirirlər. Bu müddətdə əməkdaşlarımız məzuniyyətə çıxmadan, hətta həftənin bazar günləri öz xidmətlərini davam etdiriblər.

 

Ona görə də tək Müdafiə Nazirliyinin deyil, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Sərhəd Qoşunlarının, yerli icra hakimiyyətlərinin əməkdaşları xüsusi karantin rejiminə nəzarət prosesində zərurət yarandığı təqdirdə polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına kömək məqsədi ilə bu işə cəlb olunurlar.

 

Fürsətdən istifadə edərək bu çətin və məsuliyyətli işdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək edən bütün qurumlara və vətəndaşlara öz təşəkkürümüzü bildiririk”.

Tarix: 3 İyul 2020, 16:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin