BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli İnsanov şeir yazdı

Ömrünün 15 ilə yaxınını həbsxana divarları arasında keçirən sabiq səhiyyə naziri, akademik Əli İnsanovun şeirlər kitabı çap olunub. Pravda.az gununsesi.info-ya istinadən xəbərinə görə, sabiq nazirin müəllifi olduğu şeirlər həbsxana illərində qələmə alınıb.

 

Olduqca kədərli notlar üzərində yazılan “Mənim ömür yarpaqlarım” adlı kitabdakı şeirlərdən birini təqdim edirik:

 

Sənlə keçən günlərimi, o qayğısız illərimi

 

Yada salır narın- narın, mənim zindan yuxularım.

 

Tez -tez yuxuma gəlirsən, məni aparıb gedirsən.

 

Qoy çin olsun arzularım, mənim zindan yuxularım.

 

Yuxudan ayılmayaydım, səninlə birgə qalaydım.

 

Bizi əsir saxlayaydı, mənim zindan yuxularım.

 

Azadlıq var yuxularda, xoşbəxt olur məhbuslar da

 

Oyanıram bitir o da, dörd divardı bütün ətrafım, mənim zindan yuxularım.

Tarix: 2 Aprel 2025, 07:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin