BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirvan Şəhər İcra Hakimiyyəti pərdə, kağız, qovluq, mürəkkəb, sancaq, qələm, zibil qabı, lampa ala bilmədi

Şirvan Şəhər İcra Hakimiyyətinin bir sıra ləvazimatların alınması ilə bağlı elan etdiyi kotirovka sorğuları ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Qeyd olunub ki, Satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Alınacaq əşyalara pərdə, kağız, qovluq, mürəkkəb, sancaq, qələm, zibil qabı, lampa və s. daxil olub. Kotirovka sorğularının  ümumi dəyəri 7 750 AZN olub.

 

Cabir Həsənov

Tarix: 3 Aprel 2025, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin