BURADA REKLAMINIZ OLA
BİLƏR

190 manatla bağlı şad xəbər: Veriləcək

190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlardakılara da verilməsinin tətbiq olunması müzakirə olunur və bu barədə qərar qəbul olunacaq.

 

Pravda.az xəbər verir ki, bunu  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

 

O qeyd edib ki, artıq narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq. Onun sözlərinə görə, ödənişlər 2 -3 gün ərzində hissə-hissə verilməyə başlanılacaq. Hissə-hissə verilməsi bankomatların qarşısında sıxlığın olmaması  ilə bağlıdır”.

Tarix: 3 İyul 2020, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin