BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp pinqvinlərə də RÜSUM tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Hind okeanının cənub hissəsində yerləşən və pinqvinlərin məskunlaşdığı Avstraliyaya məxsus Herd və Makdonald adalarına rüsum tətbiq edib.

 

Bu barədə "Shot" "Telegram" kanalı xəbər verir.

 

Qeyd olunub ki, pinqvinlərlə yanaşı, pərayaqlıların (morjlar, suitilər) və dəniz quşlarının böyük populyasiyalarının yerləşdiyi bu adalara 10 faizlik rüsum tətbiq edilib.

 

Bundan əvvəl Tramp bildirib ki, yeni tədbirlər qarşılıqlı prinsip əsasında qəbul edilib.

 

Xatırladaq ki, ABŞ 185 ölkədən gələn mallara gömrük rüsumları tətbiq edib, siyahıda Azərbaycan da var.

 

Oxu.az

Tarix: 3 Aprel 2025, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin