BURADA REKLAMINIZ OLA
BİLƏR

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tətildə işləsələr də, maaşlarına əlavələr edilməyib - Xidmət rəisi aydınlıq gətirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Meşə Təsərrüfatı Mərkəzlərində çalışan əməkdaşlarının 12 günlük bayram tətili ilə əlaqədar qeyri-iş günlərində də işə cəlb edildikləri, lakin maaşlarına əlavələr edilmədiyi bildirilir.

 

Bu barədə Pravda.az-a ünvanlanan müraciətdə deyilir ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əksəriyyətində vəziyyət belə olub.

 

Pravda.az məsələ ilə bağlı ETSN-ə sorğu ünvanlayıb.

 

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Pravda.az-a bildirib ki, meşələrin mühafizəsi, yanğın təhlükəsizliyi və meşəbərpa tədbirlərinin davam etdirilməsi məqsədilə Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən 20-31 mart 2025-ci il tarixlərində (qeyri-iş günlərində) Regional Meşə Təsərrüfatı Mərkəzlərinin işçiləri növbəlilik qaydasında xidməti fəaliyyətə cəlb olunub.

 

O qeyd edib ki, əmək qanunvericiliyinə uyğun olaraq iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilən işçilərin əmək haqqları ödəniləcək.

Tarix: 3 Aprel 2025, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin