BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski Rusiya ilə danışıqlarda Ukraynanın "qırmızı xətləri"ni açıqladı

Ukrayna üçün danışıqlarda prioritet güclü ordudur.

 

Bunu Çerniqov vilayətində icma rəhbərləri ilə görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

Onun sözlərinə görə, bu, Ukraynanın “qırmızı xətti”dir. Ona görə də Silahlı Qüvvələrdə şəxsi heyət sayının azalmadsınan söhbət gedə bilməz.

 

Ukrayna lideri hazırda Rusiyanın işğalında olan bölgələrin həmin dövlətin ərazisi hesab olunmasını da ölkəsi üçün “qırmızı xətt” adlandırıb:

 

“Ədalətli sülh yalnız işğaldakı bölgələr geri qaytarıldıqda mümkün olacaq. Biz Ukraynanın ərazi bütövlüyünün bərpası üçün hər şeyi edəcəyik”.

 

Bununla yanaşı, Zelenski ölkəsinə veriləcək təhlükəsizlik təminatını da əsas məsələlərdən biri kimi dəyərləndirib.

 

APA

Tarix: 3 Aprel 2025, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin