BURADA REKLAMINIZ OLA
BİLƏR

Şərurlu İsfəndiyar intihar etmək istəyib: “Pulla xoşbəxt olmaq olmur, kaş dünyaya gəlməyəydim…”

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) intihar etmək istəyib.

 

Pravda.az xəbər verir ki, o bu barədə “TV Musvat”a müsahibəsində danışıb.

 

İ.Axundov deyib ki, varlı adamın ən böyük problemi problem içində yaşamasıdır: “Pul var, xoşbəxtlik yoxdur. Heç vaxt pulla xoşbəxt olmaq olmur. Müqayisə olunası deyil. Deyirəm ki, kaş dünyaya gəlməyəydim, pisini, yaxşısını görməyəydim. Hətta bir dəfə intihar da etmək istəmişəm. 45-47 yaşım olardı. Böyük qardaşım xətrimə dəydi. Fikirləşdim ki, onsuz da həyatın mənası da, etibar da yoxdur. Dünyaya niyə gəlmişik? Üç gün özümü öldürmək istədim. Sonra uşağı gördüm, fikrimdən daşındım”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Aprel 2025, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin