BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimlərin bonuslarını alan prorektor saxlanıldı

Rusiyanın Krasnoyarsk Dövlət Tibb Universitetinin tədris işləri və gənclər siyasəti üzrə prorektoru İrina Solovyova saxlanılıb.


Pravda.az lent.az-a istinadən xəbər verir ki, Solovyova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi ("Dələduzluq") ilə ittiham olunur.


İstintaqın məlumatına görə, 2022-ci ildən 2024-cü ilə qədər olan müddətdə prorektor tabeliyində olan işçilərə həvəsləndirici ödənişlərin hesablanması ilə bağlı göstərişlər verib, sonra isə bu pulu onlardan alıb. O, işçiləri əmin edib ki, ödənişlər təhsil müəssisəsinin fəaliyyətini dəstəkləmək üçün istifadə olunacaq, amma əslində o, pulları öz mülahizəsinə uyğun olaraq istifadə edib.

Tarix: 4 Aprel 2025, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin