BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şərurlu İsfəndiyar məscidləri sökər, amma yerində yenə o yararsız binalarından tikib, 1 mənzili 10 nəfərə satacaq...”

“Şərurlu İsfəndiyar məscidləri sökməyinə sökər, amma inanmıram, yerinə məktəb tikə, yenə o yararsız binalarından tikib, 1 mənzili 10 nəfərə satacaq. Ölkədə bərbad vəziyyətdə olan minlərlə məktəb var, gedib onları sök, təzədən tik də, kim əlindən alır?”

 

Pravda.az xəbər verir ki, bu sözləri hüquqşünas Cavad Ağayev deyib.

 

“Mən illər öncə ev alqı-satqısında fırıldaq söhbətini ilk dəfə Şərurlu İsfəndiyarla eşitmişdim. Ümumiyyətlə, bu sektorda hər kəs müəllimin necə biri olduğunu bilir, ilk ağıla gələnlərdəndir. Təqribən, 2 ay öncə bir vətəndaş müraciət etmişdi ki, "Şərur MTK"dan ev almışam, 2 ay ödəməmişəm, sonra 3 ayı birlikdə ödəmişəm, amma mənə “21 min cərimə yazmışıq” deyiblər. "Müqaviləsi"ni göndərib, baxıram ki, elə bilin, yazıb-oxuması olmayan İsfəndiyar müəllim öz əli ilə yazıb”, - o bildirib.

 

Qeyd: “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) “TV Müsavat”a müsahibəsində “Mənə bu gün imkan verərlər, bütün məscidləri sökərəm, deyərəm ki, yerində məktəb tikilsin” sözlərinə görə sosial şəbəkələrdə böyük tənqidlə qarşılanıb.

 

Aytəkin Qardaşova

Tarix: 4 Aprel 2025, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin