Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

İdman Akademiyasının əməkdaşı Avropa Preventiv Kardiologiya Assosiasiyasının konqresində iştirak edir

Azərbaycan İdman Akademiyasının (ASA) əməkdaşı Zərifə Kamilova Avropa Preventiv Kardiologiya Assosiasiyasının (EAPC) Milanda keçirilən konqresində iştirak edir.


Pravda.az xəbər verir ki, lonqresdə həm idman kardiologiyası, həm də ürək reabilitasiyası üzrə son elmi nəaliyyətlərin, araşdırmaların nəticələri təqdim olunur.


Z.Kamilova UCL-da aparılan elmi işi əsasında ASA-nın İdman tibbi tədqiqatları laboratoriyasında icra edilən “Azərbaycan milli rəqslərinin enerji dəyərinin ölçülməsi” tədqiqatının və “Rəqs terapiyasının qeyri-infeksion xəstəliklərdə effektivliyi” ədəbiyyat xülasəsinin nəticələri ilə bağlı elmi poster təqdimatı ilə çıxış edir.
 

Qeyd edək ki, Zərifə Kamilova Azərbaycan İdman Akademiyasının (ASA) UCL Universiteti ilə əməkdaşlığı çərçivəsində Böyük Britaniyada doktorantura (PhD) təhsili alır.

Fotoları təqdim edirik
Tarix: 4 Aprel 2025, 19:16   
Xəbər lenti
Çox oxunanlar