BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aktyor vəfat etdi

Türkiyənin tanınmış aktyoru Ahmet Levendoğlu 80 yaşında vəfat edib.


Pravda.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə onun sənət dostu Yıldırım Şahinler məlumat yayıb.


Aktyorun hansı səbəbdən öldüyü bəlli deyil. O, aprelin 8-də dəfn olunacaq.


Qeyd edək ki, A.Levendolu “Min bir gecə”, “Kiçik qadınlar”, “Qara çörək” kimi teleseriallarda rol alıb.

Tarix: 6 Aprel 2025, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin