BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ər-riyad” ticarət mərkəzində usta fəhləni döydü - HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Emin Dadaşovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə ötən il Abşeron rayonu, Xırdalan şəhəri, “Ər-riyad” ticarət mərkəzində qeydə alınıb.

 

Belə ki, sözügedən ticarət mərkəzindəki mağazada mebel ustası işləyən Emin Dadaşov həmin mərkəzdə fəhlə işləyən zərərçəkmiş Elşən Səfərli (soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb zərərçəkmişin dostu ilə təqsirləndirilən şəxsin işlədiyi mağazada uca səslə danışması olub. Bu zaman Emin onlara irad bildirərək mağazadan çıxarıb. Sonra o, qəsdən iki dəfə əli ilə Elşənin sifət nahiyəsinə vuraraq, onun burun sümüyünü sındırıb.

 

Hadisədən sonra Emin Dadaşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Eminlə barışdığını, ondan heç bir iddia və tələbi olmadığını bildirib və işin icraatına xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov

 

Tarix: 7 Aprel 2025, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin