BURADA REKLAMINIZ OLA
BİLƏR

Fövqəladə Hallar Nazirliyinin kotirovka sorğusu ləğv olundu

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin dərman, sarğı ləvazimatları və materiallarının alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin ümumi dəyəri 14 586 AZN olub.

 

Cabir Həsənov

Tarix: 7 Aprel 2025, 13:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin