BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: "Kimlərsə vətənə xəyanətdə, cəsusluqda ittiham edilirlərsə…"

"Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirildiyi əməliyyat bir neçə sual doğurdu. Dövlətimizin xaricdə siması olan XİN qədər mühüm bir təşkilatda Qarabağ probleminin ən həssas dövründə belə bir əməliyyatın keçirilməsinə nə ehtiyac var idi Qeyd edim ki, orada ola biləcək yeyintilər AZAL-da, Azərbaycan Dəmir Yolları QSC-də, Azərsu-da, SOCAR-da, Meliorasiya və Su Təsərrüfatı ASC-də olan yeyintilərin heç vaxt 10%-də ola bilməz".

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

"Nə üçün Abşeronda icra hakimiyyətində əməliyyatı Prokurorluq orqanları keçirdiyi halda XİN-də əməliyyatı DTX keçirdi? Bu sualları davam eləmək də olar. Milyardların talandığı qurumlar dura-dura siqaret, ikra qaçaqmalçılığı ilə məşğul olan XİN-də DTX səviyyəsində əməliyyat keçirmək absurddur. Ancaq kimlərsə Vətənə xəyanətdə, cəsusluqda ittiham edilirlərsə, əməliyyatın bu tərzdə keçirilməsinə bəraət qazandırmaq olar" - A.İsmayılov qeyd edib.

Tarix: 4 İyul 2020, 00:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin