BURADA REKLAMINIZ OLA
BİLƏR

Samir Vəliyev: “Azərbaycanın ABŞ-yə qarşı cavab sanksiyalarının tətbiqi iqtisadi baxımdan o qədər də məqsədəuyğun deyil”

"Azərbaycan və ABŞ arasındakı xarici ticarət dövriyyəsinin həcmi və strukturu deməyə əsas verir ki, Azərbaycanın ABŞ-yə qarşı cavab sanksiyalarının tətbiqi iqtisadi baxımdan o qədər də məqsədəuyğun deyil".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Samir Vəliyev deyib.

 

“ABŞ-yə ixrac olunan Azərbaycan məhsullarının həcminə baxaq, paralel olaraq əks istiqamətdəki göstəricilərə nəzər salaq. Tam əminliklə söyləmək olar ki, Azərbaycan məhsullarına qarşı tətbiq edilən sanksiyaların ölkəmizə valyuta daxil olmasına ciddi təsir göstərəcəyi gözlənilmir. Çünki onsuz da Azərbaycanın ABŞ-yə ixrac həcmi cüzidir. Təbii ki, ABŞ-dən ölkəmizə ixrac edilən məhsulların həcmi çoxdur. Əgər Azərbaycan qarşılıqlı cavab olaraq sanksiya tətbiq etsə, onda ABŞ-dən gətirilən məhsullar ölkə bazarında bahalaşacaq. Yerli bazarda qiymətlərin artması ölkə iqtisadiyyatı üçün arzuolunan deyil. Bir sözlə, ABŞ-nin sanksiyaları Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Bir məqama da nəzər yetirmək lazımdır ki, bu sanksiyaları məhz Azərbaycana qarşı atılmış addım kimi dəyərləndirmək düzgün olmaz. Tramp Administrasiyası sanksiyalarla ABŞ-də proteksionist siyasətin yürütməyə başlayıb. Yəni sanksiyalar təkcə Azərbaycana deyil, bütün yer kürəsinə qarşıdır”, - deputat bildirib.

 

Xatırlatma: ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. ABŞ bundan sonra Azərbabaycana 10% rüsum tətbiq edəcək.

 

Aytəkin Qardaşova

Tarix: 7 Aprel 2025, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin