BURADA REKLAMINIZ OLA
BİLƏR

General: "EuroHome"un yanması böyük yanğın deyil ki, Kəmaləddin Heydərov ora gəlsin

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev “EuroHome”dakı baş verən yanğından danışıb.


Pravda.az-ın xəbərinə görə, Etibar Mirzəyev bildirib ki, ilkin ehtimala görə hadisə qısaqapanmadan baş verib:


"Yanğının söndürülməsi üçün 3 helikopter və 1 təyyarə hadisə yerinə cəlb edilib. Hazırda yanğın tam məhdudlaşdırılıb və hadisənin səbəbləri araşdırılır”.


Etibar Mirzəyev hadisə yerinə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun gəlməməsinə isə belə münasibət bildirib:


“Nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir. Böyük yanğın deyil ki, Kəmaləddin Heydərov ora gəlsin”.Unikal.org

Tarix: 10 Dekabr 2019, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin