BURADA REKLAMINIZ OLA
BİLƏR

2025 moda trendləri: Hansı stildə geyimlər dəbdədir?

2025-ci il moda dünyasında böyük dəyişikliklər və həyəcanla dolu bir dövrdür.

 

Pravda.az bildirir ki, bu ilin kolleksiyaları keçmişdən ilham alaraq gələcəyə doğru baxan dizaynlarla zəngindir.

 

1. Qısa topuqlu ayaqqabılar

 

2025-ci ildə lüks moda markalarının dizayn etdiyi qısa topuqlu ayaqqabılar trend siyahısında üstünlük təşkil edir. 90-cı illərin modasına yenidən dönüş göstərən bu ayaqqabılar həm rahat, həm də şıkdır. Mini ətəklər, trençkotlar və polo yaxalı köynəklərlə mükəmməl uyğunlaşır. Həm gündüz, həm də ziyafətdə istifadə üçün ideal hesab olunur.

Bonus

2. İşdən sonra geyimlər (Off-Duty)

 

İşdən sonra və ya ofis xaricindəymiş kimi görünən geyimlər bu ilin əsas trendlərindən biridir. Çox vaxt sərf etmədən ərsəyə gələn şıklığı rahatlıqla birləşdirən bu stil, xüsusilə gündəlik geyimdə tətbiq edilə bilər. Oversize bluzlar, rahat şalvarlar və uzun köynəklər bu stilin əsas parçalarındandır. Bu geyimlər, həm ofisə, həm də dostlarla görüşlərə uyğundur.

 

3. Mini ətəklər

 

60-cı illərin simvolu olan mini ətəklər, 2025-ci ilin stil təklifləri arasında yer alır. Tül, dəri, denim və süet kimi materiallardan hazırlanan mini ətəklər, canlı rənglər və futuristik metalik tonlarla moda dünyasında böyük bir iz buraxacaq. Bu ətəklər, çəhrayı və mavi kimi pastel rənglərlə, həm də asimetrik kəsimlərlə cəsarətli və modern bir görünüş yaradır.

Bonus

4. Polo yaxa estetikası

 

Preppy stilindən ilham alınaraq inkişaf edən polo yaxa estetikası bu ilin ən trend üslubudur. Polo yaxalı tişört və sviterlər, həm rahat, həm də şık bir görüntü yaradır. Bu dəstlər oversize bluzlarla və ya şık ceketlərlə mükəmməl birləşir. Özəl məktəb stilini canlandıran bu geyim üslubu yeni sezonda daha çox lüks markaların kolleksiyalarında yer alır.

 

5. Yüksək bel şalvarlar

 

2000-ci illərdə populyar olan yüksək bel şalvarlar, 2025-ci ildə yenidən ön plana çıxır. Yüksək bel şalvarlar daha rahat və geniş kəsimlərlə dizayn edilir. Onlar bədən xəttini uzatmağa kömək edir və düz paça, palazzo kimi rahat modellərlə trenddədir. Bu şalvarları uzun köynəklər, böyük kəmərr və ayaqqabılarla kombinləmək mümkündür.

Bonus

6. Püsküllər (Hərəkətli detallar)

 

Püsküllər 2025-ci ilin ən böyük yeniliklərindən biridir. Əyləncəli və oyunbaz görünüşlər yaradan bu detallar, şık və rahat geyimlərə dinamiklik qatır. Püsküllü kabanlar, ceketlər və ətəklər bu mövsümün əsas trendlərindəndir. Püsküllər həm də aksessuar olaraq çantalarda və bəzək əşyalarında istifadə edilir.

 

7. Trençkotlar

 

Klassik və şık trençkotlar  2025-ci ilin mühüm geyim növlərindəndir. Yüksək bel və böyük kəmərli trençkotlar, zərif və cəsarətli görüntü yaradır. Bej rəngləri və oversize kəsimləri ilə rahatlıq və şıklığı birləşdirən trençkotlar, həm gündəlik həyatda, həm də xüsusi tədbirlərdə istifadə edilə bilər.

Bonus

8. Kapri şalvarlar

 

2000-ci illərdə populyar olan kapri şalvarlar bu il yenidən gündəmə gəlir. Yüksək bel, geniş kəsimli və rahat modeldə dizayn edilən kapri şalvarlar, uzun ayaq görünüşünü təqdim edir. İpək materiallardan hazırlanan bu şalvarlar yay aylarının əsas tələbi olacaq. Onlar oversize bluzlar və ya şık bluzlarla mükəmməllik təşkil edəcək.

 

9. Toxuma və trikolar

 

2025-ci ildə toxuma və trikolar klassik üslubdan ilham alaraq gündəlik həyatda istifadə ediləcək əsas geyim növünə çevrilir. Kaşmir, pambıq və merino yünü kimi materiallarla hazırlanan bu geyimlər, həm şık, həm də rahatdır. Qalın və iri toxuma kazaklar, ofis və gündəlik istifadə üçün ideal seçimlərdən biridir.

Bonus

10. Transparan görünüşlər

 

Cəsur və iddialı olan transparan geyimlər, 2025-ci ilin ən önəmli trendlərindən biridir. Tül, şifon və dantel kimi materiallardan hazırlanan transparan geyimlər həm romantik, həm də şık bir görüntü yaradır. Bu geyimlər axşam tədbirlərində və xüsusi dəvətlərdə istifadə üçün mükəmməl bir seçimdir.

 

11. Metalik görünüşlü geyimlər

 

2025-ci ilin metalik geyimləri futuristik görünüşlər yaradır. Qızıl, gümüş və bürünc tonları ilə hazırlanan metalik parçalar, həm gündüz, həm də gecə istifadə edilə bilər. Metalik dəri ceketlər, kovboy botları və çantalar, cəsarətli seçimlər istəyənlər üçün idealdır.

Bonus

12. XL çantalar

 

Mini çantaların yerini alan XL çantalar 2025-ci ilin əsas trendlərində yer alır. Bu çantalar geniş ölçüləri ilə gündəlik həyatda hər şeyi daşımaq istəyənlər üçün mükəmməl seçimdir. Nötr rənglər (hər hansı bir canlı rəng tonuna aid olmayan) və müxtəlif materiallardan hazırlanan XL çantalar, rahat və şıkdır.

 

Qeyd: 2025-ci ilin moda trendləri həm rahat, həm də şık geyim üslubunu birləşdirərək moda həvəskarlarına geniş seçim imkanı təqdim edir. Bu trendləri izləyərək öz stilinizi yeniləyə bilərsiniz.

 

Əminə Bayramova

Tarix: 9 Aprel 2025, 15:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin