BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısından daha bir SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyası aşağıdakı yeni tərkibi təsdiq edilib:

 

Dövlət Komissiyasının sədri

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti

 

Dövlət Komissiyasının üzvləri

 

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

 

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

 

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

 

PAŞA Holdinqin Baş icraçı direktoru

 

NEQSOL Holdinqin Baş icraçı direktoru

 

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.

 

Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılmalı və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilməlidir.

 

Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tarix: 9 Aprel 2025, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin