BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa İttifaqı ölkələri ABŞ-a qarşı ticarət tariflərini təsdiqlədi

Avropa İttifaqı ölkələri ABŞ-a qarşı aprelin 15-dən tətbiq olunacaq ticarət tariflərini təsdiqləyib.

 

Bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat dərc edilib.

 

Qeyd edilib ki, bu gün Aİ-yə üzv ölkələr Avropa Komissiyasının ABŞ-a qarşı ticarət əks-tədbirlərinin tətbiqi təklifinin lehinə səs verib.

 

"ABŞ ədalətli və balanslaşdırılmış danışıqlar nəticəsi ilə razılaşarsa, bu əks tədbirlər istənilən vaxt dayandırıla bilər", - məlumatda deyilir.

 

APA

Tarix: 9 Aprel 2025, 17:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin