BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Turizm Agentliyi Avropada təbliğat xidmətlərinə 873 min manat xərcləyəcək

Dövlət Turizm Agentliyi Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması ilə bağlı açıq tender elan edib.

 

Pravda.az Teleqraf.com-a istinadla xəbər verir ki, tenderdə İtaliya, Polşa, Çexiya, Almaniya, Avstriya və İsveçrədə yol şousunun təşkili xidmətlərinin satın alınması nəzərdə tutulub.

 

Tenderin ehtimal olunan qiyməti isə 873 min 931 manatdır.

 

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi mayın 1-dir. Zərflərin də həmin gün açılacağı bildirilir.

Tarix: 9 Aprel 2025, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin