BURADA REKLAMINIZ OLA
BİLƏR

Xələf Xələfov Lavrovla nəyi müzakirə edib?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyini müzakirə ediblər.

 

Bu barədə Rusiya XİN-in məlumatında deyilib.

 

"Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub", - qurumdan bildirilib.

 

Məlumata görə, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyinə daxil olan əsas məsələlər və 2025-2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin vəzifələri müzakirə olunub./Report

Tarix: 9 Aprel 2025, 19:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin