BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb

Kişineu rayon məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu 30 sutkalıq ev dustaqlığına məhkum edib.

 

Bu barədə TASS-a onun vəkili Nataliya Bayram məlumat verib.

 

"Yevgeniya Qutsul məhkəmə zalından dərhal azadlığa buraxılacaq. O, bu gündən etibarən 30 gün müddətinə ev dustaqlığına buraxılıb", - o bildirib.

 

Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Moldova ərazisini tərk etmək istəyərkən saxlanılıb.

 

Moldova məhkəməsi Yevgeniya Qutsulu 20 sutka müddətinə həbs edib./APA

Tarix: 9 Aprel 2025, 19:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin