BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

 

Bu gün 39 ailə (153 nəfər) Sarıcalı kəndinə köçürülür.

 

Bərdə rayonundan – 4 ailə (18 nəfər), Bakı şəhərindən – 22 ailə (85 nəfər), Abşeron rayonundan – 1 ailə (6 nəfər), İmişli rayonundan – 1 ailə (6 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (2 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Ağdam rayonundan – 3 ailə (8 nəfər), Ucar rayonundan – 1 ailə (3 nəfər), Yevlax şəhərindən – 2 ailə (8 nəfər) və Biləsuvar rayonundan – 2 ailə (9 nəfər) Sarıcalıya yola salınır.

 

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə cəmi 76 ailə (299 nəfər) köçürülmüş olur.

Tarix: 10 Aprel 2025, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin