BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu günkü yanğında tüstüdən zəhərlənənlərin sayı açıqlandı

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.


Pravda.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub: "Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var".

Tarix: 10 Dekabr 2019, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin