Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə piyadanı vuraraq öldürən sürücü ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə yol qəzası təqsirləndirilən Toğrul Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 14 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb. Belə ki, Toğrul Məmmədov etibarnamə əsasında idarə etdiyi "VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada M.M-i (ad, soyadı şərtidir) nəqliyyat vasitəsi ilə vurub. Nəticədə piyada ölüb. Hadisədən sonra Toğrul Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılıb.

 

Cabir Həsənov

Tarix: 10 Aprel 2025, 09:41   
Xəbər lenti
Çox oxunanlar