BURADA REKLAMINIZ OLA
BİLƏR

Tariflər 90 gün müddətinə dayandılır

Avropa İttifaqı ABŞ-a qarşı aprelin 15-də qüvvəyə minəcək tarifləri 90 gün müddətinə təxirə salıb.

 

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "X" də yazıb:

 

“Prezident Trampın açıqlamasını nəzərə aldıq. Biz danışıqlara şans vermək istəyirik. Üzv dövlətlərimizdən güclü dəstək görən Aİ-nin əks tədbirlərinin qəbulunu yekunlaşdırarkən, biz onları 90 gün müddətinə təxirə salacağıq”.

 

Onun sözlərinə görə, danışıqlar qənaətbəxş olmasa, əks tədbirlər işə düşəcək: “Qarşılıqlı tədbirlərlə bağlı hazırlıq işləri davam etdirilir. Daha əvvəl dediyim kimi, bütün variantlar masada qalır”.

 

APA

Tarix: 10 Aprel 2025, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin