BURADA REKLAMINIZ OLA
BİLƏR

Reklam Agentliyinin 131 minlik tenderi ləğv edildi

“Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxsin nəqliyyat vasitələri üçün ehtiyat hissələri və dövri texniki xidmətlərlə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin ümumi dəyəri 131 705 AZN olub.

 

Cabir Həsənov

Tarix: 10 Aprel 2025, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin