Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir çox mətləblərə aydınlıq gətirdi. Cənab Əliyevin çıxışı çovektorlu idi – Ermənistanla sülh sazişi, İrəvanın regiondan kənar qüvvələrlə hərbi-siyasi ittifaq yaratmaq cəhdləri və Bakının buna münasibəti, Azərbaycan-ABŞ, Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Gürcüstan, Azərbaycan-İsrail təmasları, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolu, habelə türk dövlətləri arasında həmrəyliyin artırılmasına verdiyi töhfələr, Ukrayna münaqişəsində tutduğumuz mövqe və digər xüsuslarda dövlət başçısı beynəlxalq birliyə olduqca aydın mesajlar verdi.
Prezident ötən əsrin 20-ci illərində sovet hökumətinin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı əsassız və qanunsuz qərarından sonra tarixi Azərbaycan torpaqlarında separatçı meyllərin baş qaldırdığını, 80-cı illərin sonları - 90-cı illərin əvvəllərində isə Ermənistanın ərazilərimizi işğal etdiyini diqqətə çatdırdı. 30 il ərzində Azərbaycanda işğalçılıq, soyqırım siyasəti həyata keçirən qüvvələr və onların hamiləri hesab edirdilər ki, işğal faktını əbədiləşdirə biləcəklər. Lakin 44 günlük vətən müharibəsində və antiterror əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad edildi, respublikanın suverenliyi tam bərpa edildi.
İlham Əliyev Ermənistanla sülh sazişi imzalamağa hazır olduğumuzu, əsasən razılaşdırılan məqamların da ölkəmiz tərəfindən irəli sürüldüyünü bildirərək, Ermənistanın regiondan kənar qüvvələrlə hərbi-siyasi ittifaq yaratmaq səylərinə Azərbaycanın imkan verməyəcəyini qətiləşdirdi. Məlumdur ki, tarixi qələbədən sonra mülkü müşahidə missiyası adı altında Qərb kəşfiyyatçılarından ibarət dəstə sərhədlərimizə yerləşdirilib. Azərbaycanın razılığı olmadan onların sərhədlərimizə yerləşdirilməsi heç şübhəsiz bölgəni nəzarətə götürmək, regional sabitliyə xələl gətirmək, müxtəlif təxribatlar törətməyə xidmət edir və Azərbaycan heç bir halda bununla barışa bilməz. Necə ki, Ukrayna, Gürcüstan və Ermənistanda bunun doğurduğu fəsadları və acı nəticələrini yaxın tariximizdə müşahidə etmişik.
Prezident Ukrayna münaqişəsi ilə də bağlı aydın mövqe nümayiş etdirdi və Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, müharibənin beynəlxalq hüquq normaları çərçivəsində sülh sazişi ilə başa çatmasını gözlədiyini bəyan edərək, ölkəmizin Gürcüstanla münasibətlərə də xüsusi önəm verdiyini söylədi: “Gürcüstanla münasibətlər strateji bir əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlantılar var”. Daha bir qonşu ölkə - İranla münasibətlərdə isə müəyyən suallara cavab verilməli olduğunu, Prezident Məsud Pezeşkianın səfərindən də bu xüsusda ciddi gözləntilər olduğunu diqqətə çatdırdı.
İlham Əliyevin çıxışında əsas diqqətçəkən məqamlardan biri də Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi ilə bağlı idi. Hansı ki, 2023-cü ilin sonuna qədər Ağ evə rəhbərlik edən Bayden və admintrasiyasının Azərbaycana təzyiqləri fonunda bu, kifayət qədər maraq doğuran bir məqamdır. Azərbaycanın Amerika ilə münasibətlərin inkişafında maraqlı olduğunu, Tramp adminstrasiyası ilə əlaqələrdə yüksəlmələr olacağını bildirən Prezident Ermənistan rəhbərliyinin respublikaçıların hakimiyyətə gəlməsindən məyusluq keçirdiyini vurğuladı. Bayden-Blinken administrasiyasının Azadlığa Dəstək Aktına “907-ci düzəliş”i yenidən tətbiq etməsi, Ermənistana açıq dəstəyi və Azərbaycana hücumları fonunda ölkəmizin keçmiş adminstrasiyaya münasibəti tamamilə təbii və haqlı bir mövqe idi.
Azərbaycanın türk dövlətləri arasında həmrəyliyə verdiyi töhfələri, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərini önə çəkən İlham Əliyev İsraillə də təmaslarımızdan bəhz edərək, bu dost ölkə ilə münasibətlərin Azərbaycan dövlətinin maraqları tələb edəcəyi şəkildə davam edəcəyini bəyan etdi. Eyni zamanda məhz Azərbaycanın Türkiyə və İsrail arasında münasibətlərin bərpasına verdiyi töhfələrdən danışdı. Qlobal Şimal və Qlobal Cənub arasında körpülərin yaradılmasında vacib rolumuzu qabardaraq, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi dövründə üzv dövlətlər arasında təmasların inkişafına mühüm töhfələr verdiyini, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycanın geosiyasi müstəvidə əhəmiyyətinin artdığını vurğuladı.
Açıq şəkildə söyləmək olar ki, beynəlxalq münasibətlər sisteminin heç vaxt olmadığı qədər gərginləşdiyi, dünya gücləri arasında böhranın artdığı bir şəraitdə Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və belə bir həssas şəraitdə suverenliyini tam bərpa etməsi yalnız İlham Əliyevin fenomeninin sayəsində mümkün ola bilərdi. Prezidentin çıxışının hər məqamına diqqət ayırdıqda bir daha əmin oluruq ki, Azərbaycan milli maraqlara söykənən müstəqil diplomatik siyasət kursu ilə sonradan dünya siyasətində başqalarının da yararlanacağı, əxs etdiyi bir “Azərbaycan modeli” formalaşıb və Gürcüstanın baş naziri İrakli Kobaxidzenin də söylədiyi kimi, Əliyev Cənubi Qafqazın lideri olaraq dünyada nəhəng siyasi xadimlərindən biri statusundadır. Əliyev təkcə Cənubi Qafqazın deyil, türk dünyasının da lideridir və yaxın tarixə diqqət yetirsək, bunun mübaliğəsiz belə olduğunu söyləmək olar.
Azərbaycan bütün qonşularla, strateji müttəfiqi Türkiyə, Rusiya, Gürcüstanla yüksək münasibətlərə malik olduğu kimi, İranla da təmasların inkişafına maraqlıdır, habelə ölkəmizə qarşı təcavzükar siyasətinə və bəşəri cinayətlərinə rəğmən, Ermənistanla da sülh sazişini imzalamağa hazırdır. Bununla yanaşı, Amerika və Almaniya ilə münasibətlər yüksəliş dövrünü yaşayır. Çin, İsrail və Qoşulmama Hərəkatına üzv olan dövlətlərlə dostluq münasibətlərinə malikik. Bu coğrafiyalara və onların arasındakı münasibətlərə salsaq, Azərbaycanın nə qədər uğurlu bir xarici siyasət yürütdüyünü aydın görə bilərik.
Müharibədən çıxmış bir ölkədə iqtisadi artımın sürətlənməsi, xarici borcumuzun ümumi daxili məhsulumuzun 7 faizindən aşağı həddə olması məhz İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik, rasional, çoxvektorlu və qətiyyətli siyasətin sayəsində reallaşıb. Necə ki, Prezident özü də bütün bu uğurlara Azərbaycan xalqından ilhamlanaraq nail olduğunu dəfələrlə bəyan edib. Bu birlik tarixi həsrətimizə son qoymaqla yanaşı, iqtisadi qüdrətimizi artıran faktor rolunda çıxış edir və Azərbaycanı dünyanın nüfuzlu ölkələrindən birinə, regionun aparıcı, dünyanın isə nüfuzlu aktoruna çevirib.
Azər Niftiyev
Pravda.az
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin