BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəza törədən sürücüyə hökm oxundu

Ucar Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Ş.Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 17 sentyabr 2024-cü il tarixdə, saat 07:35 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun  Müsüslü kəndi ərazisindən keçən 221-ci kilometrliyində qeydə alınıb. Belə ki, Samux rayon sakini Ş.Əliyevin idarə etdiyi "DAF" markalı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirib və nəticədə "Mitsubishi" minik maşını ilə toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü X.Ömərov ölüb. Hadisədən sonra Ş.Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 11 Aprel 2025, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin