BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş redaktor: “Çox vüqarlar Ədalətin, haqqın qarşısında əyilib, yox olub...”

“Axır ki... Ədalət öz yerini tapdı. KİVDF -nin 10 il haqsızlığına tab gətirən, güc bəla ilə varlığını qoruyan "Şərq " üzümüzə gələn həftənin əvvəlindən öz gündəlik nəşrini davam etdirəcək. Biz kecmişə dönmürük, önə, gələcəyə baxırıq. İlahi ədalətin varlığına da şəkki-şübhə etmədən inanırıq. Çox vüqarlar Ədalətin, haqqın qarşısında əyilib, yox olub, onlar üçün həmişə Tarix və fakt yox, şəxsi mənfəət olub”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

 

“KİVDF-nin yeni rəhbərliyinin təqdim etdiyi müsabiqə şərtlərinə görə, ən yüksək bala layiq görülmüşük. Var olun, doğru-dürüst seçiminizə görə minnətdaram! Kimin nə deməsindən asılı olmayaraq, klassik qəzetçilik ənənələrini nəinki qorumalı , inkişaf etdirməliyik. Biz buna nail olacağıq, mütləq nail olacağıq!” – A.Aşırlı qeyd edib.

 

Tarix: 4 İyul 2020, 19:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin