BURADA REKLAMINIZ OLA
BİLƏR

Azyaşlı uşaqları döydüyü iddia olunan ögey ana ilə ata efirə çıxdı - VİDEO

Bir neçə gündür iki azyaşlı uşağa şiddət göstərməkdə ittiham olunan ata Xəqani Kazımov və ögey ana Nuranə “Səni axtarıram” proqramına qatılıb.

 

Pravda.az xəbər verir ki, X. Kazımov qayınatasının ona böhtan atdığını deyib: “Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını qırdılar. Birinci xanımımın atası bizi döydü. Əlimizdə bununla bağlı ekspertiziya rəyi var. Hansı valideyn uşaqlarını belə döyər? Özləri uşaqları bu cür ediblər. Evdən övladlarımı aparanda heç bir şeyləri yox idi. Bir tək qolu şişmişdi. O da ağacdan yıxılmışdı, yoxlatdırmışdıq, qırığı-çatı yox idi. Bizi şantaj edirlər. Uşaqları oktyabrın 22-dən aparıblar”.

 

Ögey ana Nuranə isə uşaqlara çox yaxşı baxdığını, uşaqları onlardan almaq üçün belə addım atdıqlarını bildirib: “Guya, yemək verməmişik. Allaha and olsun ki, belə şey yoxdur. Guya, ağızlarına istiot basmışam”.

 

Hadisə ilə bağlı cinayət işi açılıb.

 

Tarix: 10 Dekabr 2019, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin