BURADA REKLAMINIZ OLA
BİLƏR

Maliyyə Nazirliyi ilk dəfə vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üçün hərrac keçirdi

Maliyyə Nazirliyi aprelin 11-də ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı keçirib.

 

Bu barədə Nazirlikdən məlumat verilib.

 

Hərrac dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə təşkil olunub.

 

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1,0 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

 

Qurumdan, həmçinin, depozit hərraclarının dövlət büdcəsinə əlavə gəlir formalaşdırmaqla, bank sektorunda likvidliyin artmasına töhfə verəcəyi də qeyd olunub.

 

Nazirlik bu kimi alətlər vasitəsilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqinin genişləndiriləcəyi, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində fəaliyyətin isə davam etdiriləcəyini də açıqlayıb

Tarix: 11 Aprel 2025, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin