BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyevin Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub - YENİLƏNDİ

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub.

 

Pravda.az xəbər verir ki, söhbət zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlandı. COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha vurğulandı.

 

Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Tarix: 12 Aprel 2025, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin