BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobusun minaya düşərək partlaması nəticəsində 8 nəfər öldü - Nigeriyada

Nigeriyanın şimal-şərqində avtobusun minaya düşməsi nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb. İlkin məlumata görə, hadisə Mayduquri-Damboa avtomobil yolunda (Borno ştatı) baş verib.

 

Bu barədə "Vanguard" qəzeti məlumat yayıb.

 

Partlayıcı qurğunun “Boko Haram” ekstremist qruplaşmasının terrorçuları tərəfindən yola qoyulduğu güman edilir. Avtobus hərbçilərin mühafizəsi altında şəxsi və kommersiya maşınlarından ibarət karvanın tərkibində hərəkət edirdi.

 

Partlayışın baş verdiyi rayonun rəhbəri Lovan Maina yaralıların Maiduquri xəstəxanasına aparıldığını bildirib.

 

Report

Tarix: 13 Aprel 2025, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin