BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aktyor vəfat etdi

Amerikalı aktyor Nicky Katt 54 yaşında vəfat edib.


Onun ölüm səbəbi hələ açıqlanmayıb. Aktyorun vəfatı hüquqi nümayəndəsi tərəfindən təsdiqlənib.


Nicky Katt, 1993-cü ildə Richard Linklaterin "Dazed and Confused" filmi ilə şöhrət qazanıb. O, həmçinin "Boston Public" serialında baş rolda çıxış edib. 2002-ci ildə Steven Soderberghin "Full Frontal" filmində Julia Roberts və Brad Pitt ilə birlikdə rol alıb. 2013-cü ildə isə "Behind the Candelabra" adlı Liberace bioqrafik filmində iştirak edib.


IMDb məlumatına görə, Katt son dəfə 2018-ci ildə "Casual" adlı komediya serialının bir bölümündə rol alıb. Bundan sonra o, aktyorluq fəaliyyətini dayandırıb./APA

Tarix: 13 Aprel 2025, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin