Reklam

İranda baş verən zəlzələdə həlak olanların sayı 5 nəfərə çatıb

İranın şimal-şərqində baş verən zəlzələdə 5 nəfər həlak olub.

 

Pravda.az  RİA "Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar 5,9 maqnitudada qeydə alınıb.

 

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanların episentri Təbrizdən 156 kilometr (Şərqi Azərbaycan əyaləti) məsafədə  yerləşib. Zəlzələ ocağı 62 kilometr dərinlikdə olub.

 

Zəlzələ zamanı 120 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kiometr dərinlikdə olub. Azərbaycanın Lənkəran rayonunda da zəlzələ qeydə alınıb.

Tarix: 8 Noyabr 2019, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin