BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirşahin: "Çingizin ruhunu narahat etmək olmaz" VİDEO

“Əslində teleradio məkanında fövqəladə hadisə baş verməyib. Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində boş qalmış 102,0 MHz işçi tezliyinə müsabiqə elan edib. Həmin tezlik müsabiqənin qalibinə istifadə üçün veriləcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin baş direktoru Mirşahin Ağayev radio kanalının açılması üçün elan olunan müsabiqə ətrafında dolaşan söz-söhbətə aydınlıq gətirərkən deyib.

 

O bildirib ki, 102 ÇM-də ÇM abreviaturası Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əks etdirməyib: “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur. ÇM - Частотная Mодуляция (tezlik modulyasiyası) idi. Bunu hamı bilir. Çingizin ruhunu narahat etmək olmaz, amma mənim dediklərim o ruhu rahat edəcək. Çingiz Mustafayevin adını daşıyan radio tezliyin satılması barədə bəyanat məsuliyyətsiz bir bəyanatdır. Radio tezlik müsabiqəyə çıxarılır, radio tezlik satışa çıxarılmır. Yoxdur axı belə bir məsələ. ANS ÇM-in satışa çıxarıldığını demək məsuliyyətsizlikdir. 102 FM tezliklərdən biridir. Çingiz mənim üçün xüsusi mövzudur, o mənim dostum olub. Çingiz Mustafayevin adı böyük bir spekulyasiya kampaniyasının mərkəzində hallanır. Ortada çox böyük avantüra var”.

 

Tarix: 10 Dekabr 2019, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin