BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünyanın ən sağlam 7 meyvəsi

Sağlam həyat tərzi mövzusunda aparılan son araşdırmalar bəzi meyvələrin qida dəyəri baxımından digərlərinə nisbətən daha üstün olduğunu ortaya qoyub.

 

Pravda.az bildirir ki, tədqiqat nəticələrinə əsasən, vitamin və mineral baxımından zəngin olan, liflə dolu və kalori dəyəri aşağı olan meyvələr sağlamlığın qorunmasında mühüm rol oynayır. Bu meyvələr arasında elələri var ki, immun sistemini gücləndirməkdən tutmuş, həzm sistemini dəstəkləməyə qədər bir çox faydanı özündə birləşdirir.

 

Mütəxəssislər dünyanın ən sağlam 7 meyvəsini açıqlayıb. Siyahıya daxil olan meyvələrin bəziləri gündəlik həyatda tez-tez qarşımıza çıxsa da, onların sağlamlığa bu qədər faydalı olduğunu çoxları bilmir.

 

Limon

100 qramında 53 mq C vitamini olan limon, həmçinin kalsium, maqnezium, kalium və liflə zəngindir. İmmunitet sistemində mühüm rol oynayır və bədəndə kollagen istehsalı üçün vacibdir.

 

Çiyələk

 

100 qramında 62 mq C vitamini olan çiyələk, sitrus meyvələrindən daha çox C vitamini ilə seçilir. Fol turşusu, dəmir, maqnezium və kalsiumla zəngin olan çiyələk, qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir.

 

Portağal

 

Qış aylarının sevimli meyvəsi olan portağal, əsl C vitamini mənbəyidir. Kalsium, kalium və maqnezium baxımından zəngin olan portağal, orqanizmdə bir çox biokimyəvi və hüceyrəvi funksiyaları tənzimləyən həyati minerallardan biridir.

 

Laym (yaşıl limon)

 

Limonun C vitamini baxımından önə çıxdığını qeyd etmişdik. Fosfat, kalium və kalsiumla zəngin olan laym diş sağlamlığı üçün də əhəmiyyətlidir və mütləq istehlak edilməli olan meyvələrdəndir.

 

Qreyfrut

 

Gündəlik C vitamini ehtiyacınızı üç qreyfrutla qarşılayacağınızı bilirdinizmi? Bundan əlavə, A vitamini və immun sistemini gücləndirici təsiri ilə də diqqət çəkir.

 

Böyürtkən

 

Kalsium, kalium, maqnezium və dəmir baxımından zəngin olan böyürtkən, qəlyanaltı boşqablarının vazkeçilməzidir.

 

Ağ qreyfrut

 

Ağ təbəqəsi sayəsində bağırsaq sağlamlığı və həzm üçün mühüm olan ağ qreyfrut, siyahının son meyvəsidir.

 

Əminə Bayramova

Tarix: 14 Aprel 2025, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin