BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərxalça”nın 190 minlik tenderi baş tutmadı

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ipək və yun tərkibli iplərin boyanması xidməti ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin dəyəri 190 500 AZN olub.

 

Cabir

Tarix: 15 Aprel 2025, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin