BURADA REKLAMINIZ OLA
BİLƏR

Mədəniyyət Nazirliyinin kotirovka sorğusu ləğv edildi

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-nin Quba şəhərində yerləşən Memorial Soyqırım Kompleksində cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətinə görə elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarında bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Kotirovka sorğusunun ümumi dəyəri 6 800 AZN olub.

 

Cabir

Tarix: 15 Aprel 2025, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin