BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu vitaminlər arıqlamaqda ən böyük köməkçilərdir

Sağlam həyat və bədən üçün vitaminlərin rolu danılmazdır. Xüsusilə də arıqlamaq və ideal çəkiyə çatmaq istəyənlər üçün vitaminlər həm metabolizmanı sürətləndirir, həm də sağlam şəkildə arıqlamağa kömək olur. Dieta zamanı yaranan qida çatışmazlıqlarını aradan qaldırmaqla da bu maddələr bədənin ehtiyac duyduğu dəstəyi verir.

 

Pravda.az arıqlama prosesində önəmli rol oynayan vitaminlər haqqında məlumatı təqdim edir:

 

Metabolizmanın gücləndiricisi: D vitamini

 

D vitamini çatışmazlığı orqanizmdə bir çox ciddi sağlamlıq probleminə səbəb ola bilər. İnsulin dirənci ilə birbaşa əlaqəli olan bu vitaminin azlığı, həddindən artıq yemək yeməyə və davamlı aclıq hissinə gətirib çıxarır. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı olan şəxslərə əlavə D vitamini verildikdə, müəyyən miqdarda arıqlama müşahidə olunur.

 

Arıqlama zamanı isə D vitamini beyinə toxluq siqnalı göndərərək yemək ehtiyacını azaldır. Bədənin leptin hormonunu ifraz etməsi ilə insan özünü tox hiss edir və daha az yeyərək aclığa qarşı dözümlü olur. Eyni zamanda qan dövranında kifayət qədər D vitamini olması hüceyrələrin yağ yığma prosesini ləngidir.

 

Yağların sürətli əriməsi üçün: C vitamini

 

C vitamini bədəndə yağların enerjiyə çevrilməsində mühüm rol oynayan karnitinin sintezində iştirak edir. Bu səbəblə, xüsusilə idmandan əvvəl qəbul edildikdə yağların daha sürətli əriməsinə kömək edir. C vitamini həmçinin səhərlər qəbul edildikdə metabolizmanı sürətləndirərək arıqlama prosesini dəstəkləyir.

 

C vitamini ilə zəngin qidalar:

 

Portağal

 

Qreyfurt

 

Kivi, çiyələk

 

Cəfəri

 

Qara kələm

 

Brokoli, gül kələmi

 

Sirrli vitamin: B6

 

B6 vitamini bir çox faydası ilə yanaşı, kilo nəzarətində də təsirlidir. Qidaları enerjiyə çevirmək qabiliyyəti sayəsində bu vitamin metabolizmanı sürətləndirərək arıqlamağı asanlaşdırır. Həmçinin əzələ artımına yardım edir və qan şəkərini tənzimləyərək şirin yeməyə olan ehtiyacı azaldır.

 

B6 vitamini ilə zəngin qidalar:

 

Paxlalılar

 

Ət və süd məhsulları

 

Tam taxıllar

 

Tünd yaşıl yarpaqlı tərəvəzlər

 

Banan, avokado, sitrus meyvələri

 

Bədənin enerji mənbəyi: B12

 

B12 vitamini orqanizm üçün çox vacibdir – hüceyrələrin yaşlanmasının qarşısını alır, sinir sistemini qoruyur və yaddaşı gücləndirir. Həmçinin ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. B12 vitamini arıqlamağa da kömək edir – həzmi yaxşılaşdırır, karbohidratları enerjiyə çevirir və yağların yığılmasını azaldır. Bu vitaminin çatışmazlığı zamanı hiss edilən yorğunluq və halsızlıq da aradan qalxır.

 

B12 vitamini ilə zəngin qidalar:

 

Qırmızı ət

 

Süd məhsulları (qatıq, pendir)

 

Yumurta

 

Dəniz məhsulları

 

Qeyd: Mütəxəssislər sağlam formada arıqlamaq istəyən şəxslərin yalnız pəhriz və idmanla kifayətlənməməli, eyni zamanda bədənində vitamin səviyyələrini də nəzarətdə saxlamalı olduğunu bildirirlər. Bu səbəbdən hər hansı vitamin çatışmazlığı şübhəsi olan şəxslərə, həkimə müraciət edərək lazımi analizləri etdirmələri tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 16 Aprel 2025, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin