BURADA REKLAMINIZ OLA
BİLƏR

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yayılan məlumatlara münasibət bildirdi - YENİLƏNDİ

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yayılan məlumatlara münasibət bildirib.

 

Fonddan Pravda.az-a verilən məlumatda bildirilib ki, qurumun Texniki nəzarət qruplarının işi üzrə əlaqələndirici idarəsinin rəisi Hacıqulu Sadıqov deyil.

 

Qeyd olunub ki, Fondda belə bir şəxs, ümumiyyətlə, çalışmır.

 

***

09:50

 

“Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Hacıqulu Sadıqov adında bir idarə rəisi var, 3 il əvvəl xoşagəlməz əməllərinə görə Energetika Nazirliyindən qovulmuşdu. Nazirlikdə Dövlət Qaz Nəzarət İdarəsinin rəisi idi. Amma deputat Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna direktor təyin olunanda hardansa, necəsə gətirib Fondun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi təyin edib. Adam Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsi hələ də işğal altında olan Füzuli rayonunun adını qoyub. Yəni "torpaq həsrəti" "Qaçqınkom" məmurunu Praqaya qədər aparıb çıxarıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib. C.Həsənli bildirib ki, sənədlərə görə Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Prag, Modrany, Na schoddkach 134/6 ünvanında qeydiyyatdan keçirib: “Bu ünvanda bir sıra məmurların, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Vaqif Axundovun oğlu Murad Axundovun və Dövlət Gömrük Komitəsinin idarə rəisi Fərid Vəliyevin də şirkətləri hüquqi qeydiyyatdadır. Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib”.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Fotoları təqdim edirik
Tarix: 5 İyul 2020, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin