BURADA REKLAMINIZ OLA
BİLƏR

Aynur Camalqızı: “Bu zəhrimara qalmışı bağlayın ağzınıza...”

“Əslində çox böyük utanc, hətta dəhşətlidir: ictimai obyektlərin girişində - marketdə, aptekdə - bir nəfər görəvləndirilə ki, ay xala, ay dayı, ay cavan oğlan, ay xanım, ay vətəndaş... maska taxın. Maska taxın... Maska, maska, maska... Bu sovxanı taxın. Bağlayın ağzınıza. Qorunun. Qoruyun. Yoluxmayın. Yoluxdurmayın. Bu zəhrimara qalmışı bağlayın ağzınıza”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı deyib.

 

“Bu toplumda hələ də şərti refleks yaranmayıbsa ki, qapalı yerlərdə, tünlükdə, ictimai nəqliyyatda maska taxmaq lazımdı... işimiz çox çətindir, çox ağırdı, çox mürəkkəbdir... Və dərd odur ki, qanmazlığın, gerizəkalılığın, kütlüyün sonucu olaraq Vətən qədər dəyərli İnsanlarımızı itiririk...” – A.Camalqızı qeyd edib.

Tarix: 5 İyul 2020, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin