BURADA REKLAMINIZ OLA
BİLƏR

ASA-nın əməkdaşı “Barselona” klubunun ixtisasartırma kursunu uğurla bitirib

Azərbaycan İdman Akademiyasının (ASA) İdman tibbi tədqiqatları laboratoriyasının psixoloqu Arzu Süleymanova nüfuzlu beynəlxalq təlim proqramını uğurla başa vurub.


Pravda.az xəbər verir ki, o, İspaniyanın “Barselona” Futbol Klubunun İnnovasiya Mərkəzində (Barça Innovation Hub) təşkil olunan “İdmançılar üçün İdman Psixologiyası” (Sport Psychology for Athletes Development) adlı dörd aylıq ixtisasartırma kursunda iştirak edib.


Təlim müddətində ASA-nın əməkdaşı idmançıların psixoloji hazırlığı, özünü tənzimləmə bacarıqları, performansın artırılması, komandadaxili münasibətlərin inkişaf etdirilməsi və psixoemosional dəstəyin göstərilməsi kimi sahələr üzrə müasir yanaşmalarla tanış olub. Kursun sonunda Arzu Süleymanova imtahandan uğurla keçərək beynəlxalq səviyyəli sertifikata layiq görülüb.

Fotoları təqdim edirik
Tarix: 15 Aprel 2025, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin