BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan Şəhər İcra Hakimiyyətinin kotirovka sorğusu ləğv edildi

Naxçıvan Şəhər İcra Hakimiyyətinin kompyuter, printer, UPS və digər İT avadanlıqların alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarında bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Kotirovka sorğusunun ümumi dəyəri 41 136 AZN olub.

 

Cabir

Tarix: 16 Aprel 2025, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin