BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident Mədət Quliyevlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncama əsasən Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

 

Komissiyanın həmsədri

 

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

 

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

 

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

 

Qeyd edək ki, Birgə Komissiyanın yeni həmsədri Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevdir.

Tarix: 10 Dekabr 2019, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin