Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Xuraman Şuşalı Ofeliya Şabanovanı tənqid etdi: “15 ilin xanımıyam, hələ həyat yoldaşımın corabını geyindirməmişəm”

Müğənni Xuraman Şuşalı həmkarı Ofeliya Şabanovanın tez-tez həyat yoldaşından danışmasına iradını bildirib.

 

Pravda.az xəbər verir ki, “Özəl” verilişində qonaq olan Şuşalı deyib ki, həyat yoldaşı barədə o cür danışmaq efir söhbəti deyil:

 

“Xanım xanım olmalıdır. Mən hələ bu günə qədər həyat yoldaşımın corabını geyindirməmişəm. 15 ilin xanımıyam. Şükür Allaha, ailəm də göz qabağında. Özü bilər, amma qadınsan, corab geyindirməlisən demək deyil. Ofeliyanın o hərəkətini kişilər çox alqışladılar. Bu, düzgün deyil axı. Nəyə görə? Xanım xanımlığında, sevgisində, sadiqliyində olmalıdır. Xanım corab geyindirmək üçün ərə getmir. Bu mənə bir az aşağı gəlir. Nə qədər sevirsənsə, sev, yenə də ərə corab geyindirmək sevgi, sadiqliyin işarəsi deyil”.

 

Tomris

Tarix: 16 Aprel 2025, 14:13   
Xəbər lenti
Çox oxunanlar