BURADA REKLAMINIZ OLA
BİLƏR

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Tehrana getdi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (ABEA) rəhbəri Rafael Qrossi İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gedib.

 

Bu barədə məlumatı “Mehr” yayıb.

 

Səfər çərçivəsində bu gün onunla İranın xarici işlər naziri Abbas Araqçi arasında görüş nəzərdə tutulub.

 

O, sabah isə İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Eslami ilə müzakirələr aparacaq.

 

APA

Tarix: 16 Aprel 2025, 19:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin